Həsən Ruhani;
Düşmən fitnəsi uğursuz alındı
İran prezidenti düşmənin koronavirus dövründə ölkəyə zərbə vurmaq üzrə fitnələrinə işarə edib.
Səhər Azəri bildirir ki, İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə bəhanəsilə ölkəyə zərbə vurmağı düşmənlərin və onların təbliğat aparatlarının uğursuz fitnəsi adlandırıb.
İran İslam Respublikası prezidenti bu gün koronavirus xəstəliyi ilə milli mübarizə qərargahının iclasında əcnəbi mediaların ölkənin koronavirusla mübarizə sahəsindəki addımları barədə əks-təbliğatlarına işarə edərək, deyib: Əcnəbi medialar İranın koronavirusla mübarizə sahəsində atdığı hər bir addımla bağlı bəhanə və roman düzəldirlər.
Ruhani bildirib ki, Amerika korona şəraitində İrana dərmanın daxil olmasına icazə vermir.
O, sonra deyib: Xarici medialar bir dəfə də olsun belə, Amerikanın cinayət törətməsinə, İran xalqı və hökumətinə olan haqsız və amansız təzyiqlərinə toxunmayıblar.
İran İslam Respublikasının prezidenti vurğulayıb: Biz mütləq virusu məğlub edəcəyik. O, deyib: Bu gün İranda səhiyyə göstərişlərinə riayət edilməklə «elm və bilik öyrənmə» başlandı və ən çətin şəraitdə belə, ölkədə təhsil tətil olmayacaqdır.