Sen 07, 2020 16:57 Asia/Baku
  • Zərif və Kasis Tehranda görüşüblər

Bu gün Tehranda İran və İsveçrənin XİN başçılarının danışıqlarının ilk turu keçirilib.

Səhər Azəri bildirir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İsveşrənin xarici işlər naziri İqnasio Kasis, danışıqlarının ilk turunda iki tərəfi maraqlandıran mövzular barədə fikir mübadiləsi aparıblar.

İsveçrənin xarici işlər naziri sentyabrın 5-də İrana daxil olub və ilk olaraq, İsfahan şəhərinə bir günlük səfərə gedib.

Kasis İsfahandan sonra Tehrana səfər edib və bazar günü sentyabrın 6-da rəsmi proqramlarının başlanğıcında İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.

İsveçrənin xarici işlər naziri, həmçinin bazar günü Tehranın Gülüstan sarayında "İranla İsveçrənin yüz illik diplomatik əlaqələri" sərgisinin açılışını edib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bundan əvvəl elan edib ki, İsveçrənin xarici işlər nazirinin görüş və müzakirələrinin əsas mehvərlərini, ikitərəfli, regional və beynəlxalq münasibətlər sahəsində qarşılıqlı maraq doğuran mövzular, həmçinin İsveçrənin maliyyə kanalı ilə əlaqədar məsələlər barədə məsləhətləşmələr və fikir mübadiləsi təşkil edir.

Teqlər