Sen 08, 2020 16:40 Asia/Baku
  • İranda 337 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə 337 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 302 yeni COVID-19 xəstəsi aşkar edilib. 1226 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 391 min 112 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 132 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 22 min 542 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 337 min 414 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Teqlər