Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib
https://azeri.sahartv.ir/news/İran-i367060-qum_şəhərində_İslam_peyğəmbəri(s.ə.s)_ə_qarşı_hörmətsizliyə_etiraz_edilib
İranın Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2020 16:32 Asia/Baku
  • Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib

İranın Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib.

SəhərAzəri xəbər verir, Qum şəhərində İmam Xomeyni(r.ə.) Beytinin qarşısında dini tələbələrin, əhalinin və universitet tələbələrinin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyinin pislənilməsi istiqamətində aksiyası keçirilib.

Dini tələbələr, əhali və universitet tələbələri bu gün bu etiraz aksiyasında BMT-nin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi qarşısında zəif mövqe tutmasını tənqid edib, bu hörmətsiz hərəkəti pisləyiblər.

Qum Dini Elmlər Hövzəsinin İslami Təbliğat Ofisi də bir bəyanatda fransız «Charlie Hebdo» nəşri tərəfindən əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz təsvirlərin yayılmasını pisləyərək, bu hərəkəti insanlıq və sivilizasiya iddiaçılarının süqut etmələrinin nişanəsi adlandırıbdır.