Amerikanın riyakarlığı təəccüb doğurur
İranın xarici işlər naziri Amerikanın silah xərcləri və satışına işarə ilə deyib ki, ABŞ-ın bu riyakarlığı təəccüb doğurur.
SəhərAzəri xəbər verir, Zərif bu gün səhərçağı bir tvitter mesajında yazıb: Amerika israr edir ki, İran dincməqsədli nüvə enerjisindən bəhrələnməməli, heç bir müdafiə təchizatı satın almamalı və müdafiə raketləri düzəltməməlidir.
Belə bir halda, Amerika yeni qitələrarası ballistik raketlər üçün yüz milyard dollar xərc çəkir, sirli «yeni» nüvə silahları düzəldr və öz regional müştərilərinə 380 milyard dollarlıq silah göndərir. Bu riyakarlıq təəccüb doğurur.
Zərif həmçinin Assoşieyted-Press-in ABŞ hava qüvvələrinin «Minotmen-3» qitələrarası ballistik raketinin əvəz edilməsi ilə bağlı bir trilyon 303 milyard dollarlıq mühəndislik və inkişafetdirmə müqaviləsi barəsindəki xəbərini bu tvitter mesajına əlavə edibdir.
ABŞ prezidenti Donald Trampın amerikalı jurnalist Bob Vudvord ilə müsahibədə «yeni silahlar üzrə sirli bir sistem» barədəki sözləri də bu mesaja əlavə olunubdur.
Vudvord özünün gələn həftə çapdan çıxacaq «Hiddət» adlı yeni kitabında yazıbdır ki, Tramp müsahibələrindən birində ona belə demişdi: Mən bir nüvə silahı düzətmişəm. Elə bir silah sistemi ki, bundan öncəyədək bu ölkədə heç kəs ona malik olmayıbdır.
Vudvord sonra yazıbdır ki, müsahibə aldığı digər mənbələr bu silahla bağlı informasiyaları təsdiq edib, amma Trampın ona belə bir məlumatı verməsinə təəccübləniblər.