Sen 10, 2020 12:34 Asia/Baku
  • İranın cənubunda

İran İslam Respublikası Silahlı Qüvvələrinin "Zülfüqar 99" birgə təlimlərinin əsas etapı "Müdafiə qüdrəti sayəsində davamlı təhlükəsizlik"şüarı ilə bu gün İranın cənubunda başlayıb.

SəhərAzəri xəbər verir, "Zülfüqar 99" birgə hərbi təlimlərinin əsas mərhələsi İranın Silahlı Qüvvələrinin  dəniz, hava, hava hücumundan müdafiə qüvvələri və quru qoşunlarının iştirakı ilə iki kilometrlik bir sahədə Hörmüz boğazının şərq suları, Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalından, on dərəcə şimal orbitinə tərəf bir ərazidə bu gün başlayıb və üç gün müddətinə davam edəcək. 

İran Silahlı Qüvvələrinin "Zülfüqar 99" birgə təlimlərinin komandanı kontr-admiral Həbibullah Səyyari dünən bu təlimlərin üç mərhədə informasiya üstünlüyü, taktita və güc nümayişi sahəsində icra olduğuna işarə edərək, deyib: "Səth, sualtı və uçuş gəmiləri və İran Ordusunun Döyüş Təşkilatının silah-sursat və texnikalarının bir hissəsi bu təlimlərdə iştirak edir ki, onların ən əhəmiyyətlisi yerli istehsal olan "Fatih" sualtı qayıq və uzaqmənzilli "Simurq" Pilotsuz Uçuş Aparatıdir".

Kontr-admiral Səyyari region və beynəlxalq su yollarının təhlükəsizliyini və ona nəzarəti təmin etməyin təlimlərin hədəflərindən biri olduğunu bildirərək, deyib: "Qərbi Asiyanın və həyati və strateji su yollarının təhlükəsizliyi, regionun bütün ölkələrinin konstruktiv iştirakı, əcnəbilər və regiondan kənar ölkələrin burada iştirakına və bu sulara nəzarət etməsinə mane olmaq və təhlükəsizliyin yerliləşdirilməsindən asılıdır və İran son 40 ildə həmişə daxili imkanlara və gənc, məsuliyyətli və mömin qüvvələrdən istifadə etməklə bunu gerçəkləşdirmək ardınca olub". 

Teqlər