Sen 18, 2020 08:55 Asia/Baku
  • Tehran və Bakı iqtisadi həmkarlıqların inkişafına çalışırlar

İran və Azərbaycan Respublikası iqtisadi həmkarlıqların inkişafı sahəsində diplomatik səylər göstərirlər.

SəhərAzəri xəbər verir, İranın Bakıdakı səfiri Seyyed Abbas Musəvi və Azərbaycan Respublikasının baş nazir müavini və iki ölkənin müştərək iqtisadi komissiyasının azəri həmsədri Şahin Mustafayev dünən bir görüşdə iqtisadi əməkdaşlıqlar barədə danışıblar.

Görüşdə xüsusən iki dost və qonşu ölkənin əlaqə və əməkdaşlıqlarının genişləndirilməsi yolları, birgə layihələr, həmçinin iqtisadi və ticari sahələrdə qarşılıqlı əlaqələrin son durumu araşdırılıb.

Tərəflər bu ikisaatlıq görüşdə iki ölkənin iqtisadi əməkdaşlıqları yolunda mövcud olan maneələr, eləcə də hadisələr və irəliləyişlər barədə söhbət ediblər.

Həmçinin çərşənbə günü İran və Azərbaycan Respublikasının şose nəqliyyatı və yol xidmətləri təşkilatlarının məsul şəxslərinin online müzakirələri keçirilib.

Teqlər