Sen 18, 2020 14:29 Asia/Baku
  • Fələstin xalqının iştirakı olmadan heç bir həll yolu mövcud olmayacaq

İran parlamentinin sədri deyib ki, regionda sülhün bərqərarı üçün Fələstin xalqının iştirakı olmadan heç bir həll yolu mövcud olmayacaqdır.

SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf bir tvittdə bəzi ərəb ölkələrinin sionist rejimlə əlaqələrinin qurulmasına işarə ilə vurğulayıb ki, Fələstin amalına xəyanət edənlər sionistlərin bütün cinayətlərinə şərikdirlər.

İran İslam Şurası Məclisinin sədri bildirib ki, Fələstin amalına xəyanət edənlər zülmün əlini öpür, məzlumun üzünü isə cırmaqlayırlar.

Əmirliklərlə sionist rejim arasında münasibətlərin adiləşdirilməsi sazişindən bir ay keçməmiş, ABŞ prezidenti Donald Tramp sentyabrın on birində Bəhreynlə sionist rejim arasında əlaqələrin adiləşməsindən xəbər verdi və bildirdi ki, Bəhreyn və sionist rejim əlaqələrin tam şəkildə adiləşdirilməsi barədə saziş ediblər.

Ərəb rejimlərinin sionist rejimlə əlaqələri adiləşdirmək üzrə səyləri elə bir halda baş verir ki, sionist rejim uzun illərdir, fələstinlilərə divan tutmaqdan əlavə, bir çox ərəb-islami bölgələri işğal edibdir.

Teqlər