ABŞ-ın İrana qarşı sanksiya cəhdinə reaksiya olaraq
Avropa Troykası: "İrana qarşı sanksiyaları bərpa etmək cəhdləri qanuni cəhətdən yetərsizdir"
Britaniya, Fransa və Almaniya bir daha ABŞ-ın İrana qarşı BMT sanksiyalarını geri qaytarmaq cəhdini rədd ediblər.
Səhər Azəri bildirir ki, Britaniya, Fransa və Almaniya cümə günü BMT Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq, 20 sentyar tarixindən sonra sanksiyaların dondurulmasının davam etdirilməsi vacibliyini vurğulayıb və qeyd ediblər ki, İrana qarşı sanksiyaları bərpa etməyə dair istənilən qərar və ya hərəkət qanuni cəhətdən yetərli deyil.
Avropa Troykası bu məktubda İranla nüvə anlaşmasına sadiq qalacağını vurğulayıb.
ABŞ BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair irəli sürdüyü sanksiya layihəsinin məğlubiyyətə uğramasından sonra və İranla nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasına baxmayaraq, təkcə bu razılaşmanın iştirakçıları üçün keçərli olan sanksiyaların avtomatik geri qaytarılması mexanizmindən İrana qarşı BMT sanksiyalarını bərpa etmək üçün istifadə etmək niyyətindədir.
Bu yaxınlarda Avropa üçlüyü, Çin və Rusiya da birgə bəyanat yayaraq, ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs proqramından birtərəfli və qanunsuz şəkildə çıxmasına toxunaraq, Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, İrana qarşı sanksiyaların bərpası mexanizmindən istifadə etmək hüququnun olmadığını vurğulayıblar.