Lavrov: "İrana qarşı sanksiyaların bərpası mümkün deyil"
https://azeri.sahartv.ir/news/İran-i367553-lavrov_İrana_qarşı_sanksiyaların_bərpası_mümkün_deyil
"Vaşinqton İrana qarşı sanksiyaların geri dönüşünün olmadığını başa düşmür"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2020 10:15 Asia/Baku
  • Lavrov:

"Vaşinqton İrana qarşı sanksiyaların geri dönüşünün olmadığını başa düşmür"

Səhər Azəri bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

ABŞ-ın İrana qarşı düşmənçilik hərəkətlərini tənqid edən Rusiya xarici işlər naziri  Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə İrana qarşı BMT sanksiyalarını bərpa etmək üçün ABŞ-ın mənasız cəhdlərinə toxunub. Lavrov deyib: "ABŞ-dan başqa hamı İrana qarşı sanksiyaların bərpasının mümkün olmadığını bilir".

S.Lavrov Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və artıq bu anlaşmanın tərəflərindən olmadığını vurğulayıb : "Təhlükəsizlik Şurasında İrana qarşı heç bir silah məhdudiyyəti yoxdur".