Sen 24, 2020 08:58 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: "ABŞ və bəzi Avropa ölkələrinin siyasi motivli və ikili standartlı hərəkətləri hər zaman insan hüquqlarının əsasına ən böyük zərbəni vurubdur".

SəhərAzəri xəbər verir, Səid Xətibzadə Qardian qəzentində dərc edilən son hesabatları rədd edərək, deyib: "Xüsusilə hazırkı dönəmdə İran İslam Respublikasında insan haqları vəziyyəti ilə bağlı qarapiar aparmaq məqsədilə hazırlanmış bu sifarişli hesabatların məqsədi, tamamilə aydındır".

Britaniyada nəşr edilən gardian qəzeti dünən bir  reportajda yazıb: "Fransa, Almaniya və Britaniya onun "ikili vətəndaşlığı olanların həbs edilməsi" adlandırdığı məsələyə etirtaz olaraq, ölkələrindəki İran səfirlərini xarici işlər nazirliyinə çağırmaq niyyətindədirlər".

Xətinbzadə, həmçinin bəzi Avropa ölkələrinin yanaşması, hərəkətləri və sözlərini İran İslam Respublikasının daxili işlərində müdaxilə kimi xarakterizə edib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: "Çox qəribə və inanılmazdır ki, həmin ölkələr, ABŞ-ın qeyri-insani siyasəti və zalımcasına sanksiyaları səbəbi ilə İran xalqının hüquqlarının kobud şəkildə pozulmasına nəinki reaksiya vermirlər, əksinə biganə yanaşaraq, onda iştirak da edirlər.

Teqlər