Sen 24, 2020 14:34 Asia/Baku
  • Təxti Rəvançi:

İranın BMT-dəki daimi nümayəndəsi Səudiyyə Ərəbistanını regionda de-stabillik amili kimi dəyərləndirib və deyib: " Səudiyyənin Vəhhabi ideologiyası Əl-Qaidə və İŞİD-in əsas ilham mənbəyidir və bu ölkə özünün neft dollarları ilə bu qruplaşmaların əsas maliyyəçisidir".

SəhərAzəri xəbər verir, Məcid Təxti Rəvançi Ərəbistan kralının İrana qarşı ittihamlarını əsassız adlandırıb və onları rədd edərək, deyib: "Ərəbistan başqalarını ittiham etməklə zehnləri terrorizmə geniş dəstək vermək, ekstremist inancları yaymaq, təfriqə və nifrət toxumu səpmək, regionda sabitliyi pozan hərəkətlər etmək və son altı ildə Yəməndə törtdiyi cinayətlərlə əlaqədar qaranlıq və uzun keçmişindən yayındırmağa çalışır.

İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: "Ərəbistan regionda de-stabillik amili olaraq, İraqın devrilmiş diktatoru Səddam Hüseynin İrana qarşı 8 illik təcavüzündə əsas himayəçisi idi.

Təxti Rəvançı qeyd edib ki, Ali Səud başçıları hələ də qıtlıqdan bir müharibə metodu olaraq, həmçinin Yəmən xalqına yanacaq, qida və dərmanların göndərilməsinə mane olmaq üçün istifadə etməyə davam edirlər.

O, vurğulayıb: "Sülh və təhlükəsizliyə nail olmaq təkcə öz maraqlarını güdən və silahlarını satmaq istəyən xarici qüvvələrə arxalanmaqla deyil, bəlkə regionun bütün ölkələrinin iştirakı ilə beynəlxalq hüququn təməl prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan substantiv dialoqlar yolu ilə mümkündür.

Teqlər