İran və Naxçivan arasında əməkdaşlıqlar araşdırılıb
İran İslam Respublikasının Naxçivandakı Baş konsulu ilə Naxçivan Müxtar Respublikasının Fövqəladə Hallar naziri arasında keçirilən görüşdə fövqəladə hallarla mübarizə üzrə ikitərəfli əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.
SəhərAzəri xəbər verir, Naxçivan Müxtar Respublikasının Fövqəladə Hallar naziri Şami Abdullayev İranın təcrübə və imkanlarına işarə edərək, fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıqları genişləndirməyə çağırıb.
O, son illər Xəzəryanı ölkələrin təlimlərinə və İranın bu təlimlərdəki bacarığına toxunub və ikitərəfli əməkdaşlıqları hər iki tərəf üçün faydalı və təsirli dəyərləndirib.
İran İslam Respublikasının Naxçivan Müxtar Respublikasındakı Baş konsulu Seyid Əhməd Hüseyni də bu görüşdə təbii fəlakətlərlə mübarizədə İranın geniş təcrübələri və fəaliyyətlərini şərh edərək, İranın Naxçivan Müxtar Respublikası ilə bu sahədə istənilən əməkdaşlığa hazır olduğunu bildirib.