Sen 30, 2020 10:29 Asia/Baku
  • Musəvi  ölkəmizin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb

İran İslam Respublikasının Bakıdakı səfiri, ölkəmizin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, Ermənistanla mübahisələrin sülh yolu ilə həll olunmasının vacibliyi üzərində təkid edib. 

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi dünən iki ölkənin kənd təsərrüfatı nazirlərinin videokonfransla keçirilən iclasında, ölkəmizin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini və işğala qarşı olduöunu bildirərək, Ermənistanla mübahisələrin beynəlxalq qaydalar çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayaraq, Bu yaxınlarda baş verən hərbi qarşıdurmada mülki əhalinin itgi verməsi ilə əlaqədar Azərbaycan xalqına və hökumətinə başsağlığı verib; Həmçinin İran və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini pozmaq məqsədi ilə üçüncü tərəflərin və müəyyən dairələrin şayiələr yaymaq və yalan xəbər uydurmaü səylərini pisləyib.
Bu görüşdə iki ölkənin müxtəlif kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün İran İslam Respublikası və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirləri arasında konstruktiv danışıqlar aparılıb.

Teqlər