İranda 380 mindən çox xəstə koronavirusdan sağalıb
https://azeri.sahartv.ir/news/İran-i367858-İranda_380_mindən_çox_xəstə_koronavirusdan_sağalıb
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 380 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2020 18:30 Asia/Baku
  • İranda 380 mindən çox xəstə koronavirusdan sağalıb

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 380 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 3 min 582 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.

Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 457 min 219 nəfərə çatıb. Son sutkada 183 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 26 min 169 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 380 min 956 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.