İranda 383 mindən çox xəstə koronavirusdan sağalıb
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 383 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 3 min 825 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.
Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 461 min 44 nəfərə çatıb. Son sutkada 211 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 26 min 380 nəfərə yüksəlib.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 383 min 368 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.