İranın Qərbi Azərbaycan vilayətindən bir milyard dollarlıq ixracat həyata keçirilib
on altı ayda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin gömrük məntəqəsi vasitəsilə bir milyard dollar dəyərində mal ixrac edilib.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İranın Qərbi Azərbaycan vilayətinin gömrük nəzarətçisi Tövhid Azərbod son altı ay ərzində bu vilayətin gömrük məntəqəsi vasitəsilə 998 milyon dollar dəyərində 571 min 817 ton malın ixrac edilməsindən xəbər verib.
Azərbod əlavə edib: "Son altı ayda İranın Qərbi Azərbaycan Vilayətindən ixrac edilən mallara əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən qarpız, alma, konsentrat və plastik sənayesi məhsulları daxildir".
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayəti Türkiyə ilə 550 kilometr, İraqla 260 kilometrdən çox və Naxçivan Muxtar respublikası ilə 150 kilometrlik sərhəddi vardır.
İranın Qərbi Azərbaycan vilayəti Türkiyə, İraq və Naxçivan Muxtar respublikası sərhədlərində 9 gömrük-keçid məntəqəsinə malikdir ki, onların ən çoxu Türkiyə sərhəddində yerləşir.