Okt 05, 2020 13:51 Asia/Baku
  • İran Azərbaycan R. ilə Ermənistan arasındakı qarşıdurmaya son qoymaq üzrə plan hazırlayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın Qarabağ münaqişəsinin həllinə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Səid Xətibzadə deyib ki, İran Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən müharibənin tez bir zamanda bitməsi üçün bir plan hazırlayıbdır.

Xətibzadə bu gün bir mətbuat konfransında Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən müharibə barədə sonra belə deyib: İran döyüşən iki tərəf və digər regional tərəflər də daxil olmaqla bu məsələ ilə bağlı bütün tərəflər və aktivistlərlə yaxşı münasibətlərə malik olan az sayda fəallardan biridir.

«Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur»- deyə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb. O, deyib: İranın Qarabağ münaqişəsinin həlli üzrə planı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması çərçivəsində hərbi qüvvələrin çıxması və müzakirələrin başlanmasıdır.

«Hamı bu döyüşlərin alovunun sönməsinə kömək etməlidir» deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran şimal-qərb sərhədlərinin olaylarını həssaslıq və diqqət, həmçinin bu məsələ ilə bağlı bütün tərəflərlə yaxın əlaqə saxlamaqla nəzəratdə saxlayır.

Azərbaycan Respublikası ilə Ermənistan Qarabağ bölgəsi barədə bir-birilərilə ixtilafa malikdirlər. İki ölkənin Qarabağ üstündəki münaqişəsi 1988-ci ildə başlanıb. Bu döyüşlərin yeni mərhələsi sentyabrın 27-də başlanıb və indiyədək hər iki tərəfin hərbi qüvvələrindən bir qrup insan ölüb və ya yaralanıbdır.

Teqlər