Əli Əkbər Vilayəti Ermənistanı Az. R-nın işğal olunmuş ərazilərini boşaltmağa çağırıb.
Əli Əkbər Vilayəti Ermənistanı Az. R-nın işğal olunmuş ərazilərini boşaltmağa çağırıb.
Cənab Vilayəti Tehranda nəşr olunmuş Keyhan qəzeti ilə müsahibədə deyib: Azərbaycanın işğal olunmuş əraziləri boşalmalıdır...
SəhərAzərinin verdiyi məlumata əsasən,Cənab Vilayəti Tehranda nəşr olunmuş Keyhan qəzeti ilə müsahibədə deyib: Azərbaycanın işğal olunmuş əraziləri boşalmalıdır. Bütün ölkələrin ərazi bötövlüyünə hörmət edilməsi BMT nizamnaməsinin prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq , ona sadiqiq. Az. R-nın Cənbu hissəsi, təxminən 7 rayon Ermənistan tərəfindən işğal edilib. Bununla bağlı olaraq BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, onların hamısında Azərbacyanın bu bölgələrini işğal etmiş ermənilərin beynəlxalq sərhədlərinə qaytması tələb olunur. BMT üzvü olaraq Ermənistanın işğal olunmuş əraziləri Azərbaycana qaytarmasını istəyirik. Bu ərazilərin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb və tezliklə vətənlərinə qaytımalıdırlar. Yəni Fələstinin Sionist rejim tərəfindən işğalına qarşı çıxdımız kimi burada da eyni mövqedəyik.
Əli Əkbər vilayəti əlavə edib : “Növbəti məsələ budur ki , hərb həll yolu deyil, münaqişə siyasi yolla həll olunmalıdır. Buna görə də , kiminsə hərbi əməliyyat keçirməsinə qarşıyıq. Çünki bu müharibənin itkisi insanlardır, xüsusən son zamanlar yaşayiş məntəqələrinin bombalandığını nəzərə alsaq. Bu müharibə iki ölkə xalqının mənafeyinə və bölgənin təhlükəsizliyinə ziddir.”
Onun sözllərinə görə ,kənardakı bəzi qüvvələr o cümlədən Sionist İsrail rejimi və Türkiyə müharibəni körükləyirlər. Türkiyənin müharibədə israrlı olması başa düşülmür. Bu ölkə Azərbaycan Respublikasının işağal altında qalan bütün şəhərlərinin azad edilməsi şərtilə müharibənin sona çatmasına köməklik göstərməlidir. Sionist rejimə gəlincə isə, əsası qeyri-legittim olan və başqasının yəni Fələstinin torpaqlarını işğal etməklə qurulan rejimin bu barədə danışmağa belə haqqı yoxdur. Bu rejimin bölgədə fitnə salmaqdan başqa işi yoxdur. Ona görə də onun Qafqazda iştirakı yolverilməzdir.
Vilayəti sonra Türkiyə hökumətinə bunları tövsiyə edib: Gəlin odun üstünə yağ tökmək yerinə kömək edin ki biz , siz və digər region ölkələrinin iştirakı ilə məzlumu himayə edək. Az. R-nın işğal olunmuş rayonlarının azad edilməsinə köməklik göstərək və çalışaq ki işğal olunmuş ərazilər itkisiz azad olunsun. Beləliklə də Türkiyə tərəflərdən birini müharibəyə təşviq etmək yerinə hər iki tərəfi sülhə təşviq etsin. Əlbəttə ki , qəsb olnumuş hüquqların qaytarılması, xüsusilə də daha çox zərər etmiş azərbaycanlıların işğal olunmuş şəhərlərinin geri qaytarılması təmin olunmalıdır.
Tanınmış diplomatın fikrincə tərəflərdən biri hərbi cəhətdən himayə olunarsa , digəri də başqalarının himayəsini cəlb edəcək və həssas Qafqaz bölgəsi böhran ocağına çevriləcəkdir. Ona görə də Qafqazın təhlükəsizliyi məsələsində müdrik olmaq lazımdır.
İnqilab Rəhbərinin müşaviri sonra deyib:”Həm Ermənistanın , həm də Az.R-nın qonşularıyıq . Bu qonşuların bir-biri ilə döyüşməməsi bizim marağımızdadır. Ermənistan bizim qonşumuzdur və Az.R. ilə din, dil,tarix və mədəniyyətdə çox oxşar cəhətlərimiz var. İran İslam Respublikası və Azərbaycan Respublikası kimi az sayda ölkə bu ortaq cəhətlərə malikdir və bir-birinə bu qədər yaxındır. Biz Azərbaycanın taleyindən tamamilə narahat oluruq və hesab edirik ki, ərazi bütövlüyü qorunmalı və işğal olunmuş ərazilər boşlalmalıdır. Bizi Ermənistanla qonşuyuq və qonşuluqda uzun bir ortaq tariximiz var və nə ermənilərin,nə də azərbaycanlıların itirməsini istəmirik. Az.R-nın pozulmuş hüquqları təmin edilməli, işğal olunmuş əraziləri ona qaytarılmalı və qan tökülməsinə son qoyulmalıdır. İslam Respublikası bu iki qonşu ölkə arasında vasitəçilik və sülh üçün heç bir köməyi əsirgəməyəcəkdir.”
Əli Əkbər Vilayəti müsahibəsinin davamında Fransanın Qarabağ məsələsində müdaxiləsinə də münasibət bildirib və deyib: “Bu məsələnin Fransaya aidiyyəti yoxdur. Biz bu barədə danışırıqsa ,iki ölkənin qonşusuyuq və xalqlarının taleyindən nigaranıq. Biz imkan verə bilmərik ki , bölgədə təhlükə yaransın və regiondan kənar qüvvələr gəlib İranın şimalında ,Cənubi Qafqazda təhlükəsizliyi pozsunlar. Biz qətiyyən belə halların qarşısını alacağıq. Biz hesab eidirk ki işğal olunmuş torpaqların boşaldılması sülhün bərqərarına və hər iki dövlətin maraqlarına cavab verəcəkdir.”
Müsahibənin sonunda Cənab Vilayəti təkfirçi terrorist qrupların bölgəyə gətirilməsi barədə yayılan şayiələrdən danışıb: “Ümid edirik ki, bu məlumat düzgün olmasın. Əks təqdirdə məsuliyyət İŞİD və Əl-Qaidə kimi ekstremist qrupların Qafqaza ayaqlarını açan dövlətlərin üzərinə düşəcəkdir. Zira İŞİD və vəhhabi ifratçılar Amerikanın oyuncaqlaırdır. Bunun qarşısını almaq lazımdır və qətiyyən Azərbaycan və Ermənistan xalqları İraq və Suriyada olmazın cinayətlər törətmiş, həm də yaxşı niyyəti olmayan təkfirçilərin həssas bölgəyə gəlmələrinə razı olmazlar. Ola bilsin ki bəzi dövlətlər bölgəyə nüfuz etmək üçün təkfirçilərin burada yerləşdirilməsindən maraqlıdırlar. Əgər bu , doğru olarsa , İİR tam qətiyyətlə öz təhlükəsizliyini və sərhədlərini müdafiə edəcək. ABŞ və Israilin oyuncağı olan terror qruplarının İran sərhədlərinə yaxın yerdə yuva qurmasına imkan verməyəcəkdir. İranın buna qüdrəti var. İraq və Suriyada mərhum Şəhid Süleymani İŞİD təkfirçilərini məhv etmişdisə, İran xalıq və dövləti həmin iradəni özündə saxlayır . Əgər kimsə terrorçuları təhrik etməklə İrana ziyan vurmaq istəyirsə, bilsin ki , buna dözməyəcəyik. Biz badxah qüvvələr tərəfindən yaradılan təhlükələrin qarşısında möhkmə dayanacağıq.”-deyə İnqilab Rəhbərinin müşaviri vurğulayıb.