Okt 08, 2020 23:17 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 399 mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə 4 min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 230 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 392 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 2052 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 488 min 236 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 230 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 27 min 888 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 399 min 300 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər