Okt 09, 2020 17:06 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 400 mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə 4 min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 210 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 142 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1787 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 492 min 378 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 210 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 28 min 98 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 401 min 379 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər