İran və Rusiya prezidentləri arasındakı telefon danışığında;
İran və Rusiya arasında ikitərəfli əməkdaşlığın icmalı
Telefon danışığında Hoccətülislam Həsən Ruhani və Vladimir Putin, Dağlıq Qarabağdakı son vəziyyəti, nüvə anlaşmasını, ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə ediblər.
SəhərAzəri xəbər verir, İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin bir telefon danışığında Dağlıq Qarabağdakı son vəziyyəti, nüvə anlaşmasını, ikitərəfli əməkdaşlığı və beynəlxalq hadisələri müzakirə ediblər.
Rusiya Prezidenti Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri arasında Moskvada aparılan danışıqların müsbət prosesindan və iki ölkə arasında atəşkəs razılaşmasının əldə olunmasından məmnunluğunu bildirərək deyib: Rusiya Dağlıq Qarabağ müharibəsi tərəfləri arasındakı konstruktiv vasitəçiliklə bölgədəki artan gərginliyin qarşısını almağa çalışır.
Həmçinin Putin İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqelərini yüksək qiymətləndirərək deyib: Tehran və Moskva bölgədə, xüsusilə qonşuları arasında təhlükəsizlik, sabitlik və sülh istəyirlər.
Həsən Ruhani də bu telefon danışığında vurğulayıb: İran İslam Respublikası Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrinin nəticələrinə görə humanitar məqsədlər üçün atəşkəsə dair əldə edilmiş razılaşmalara, həmçinin sülh nizamlanmasına nail olmaq üçün səmərəki danışıqların başlanmasına dəstəkləyir.