İran Qarabağda atəşkəsin pozulmasından təəssüfləndiyini bildirib
https://azeri.sahartv.ir/news/İran-i368270-İran_qarabağda_atəşkəsin_pozulmasından_təəssüfləndiyini_bildirib
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası və Ermənistan arasında elan olunmuş atəşkəsin pozulmasından təəssüf ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2020 06:36 Asia/Baku
  • İran Qarabağda atəşkəsin pozulmasından təəssüfləndiyini bildirib

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası və Ermənistan arasında elan olunmuş atəşkəsin pozulmasından təəssüf ifadə edib.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün Azərbaycan Respublikası və Ermənistan arasında atəşkəs rejiminin pozulmasına münasibət bildirib. O, deyib: "İran atəşkəsin pozulmasından təəssüfləndiyini bildirərək, tərəfləri təmkinli olmağa dəvət edir, həmçinin həyati əhəmiyyətli infrastrukturlara və şəhərlərin yaşayış massivlərinə raket hücumunu və mülkilərin öldürülməsini qınayır və həyatını itirənlərin ailələrinin kədərini bölüşür". 

Xətibzadə əlavə edib: "İran bir daha tərəfləri atəşkəsə riayət edərək, beynəlxalq hüquq, bir-birinin ərazi bütövlüyünə hörmət və işğal edilmiş şərələrin boşaldılması çərçivəsində danışıqlara başlamağa çağırır".

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi, həmçinin rəsmi Tehranın sülhün bərqərar edilməsi və daimi və dayanıqlı bir həll yoluna nail olmaq üçün Bakı-İrəvan danışıqlarına şərait yaratmağa hazır olduğunu bildirib.