Parsabada bir PUA düşüb + video
https://azeri.sahartv.ir/news/İran-i368320-parsabada_bir_pua_düşüb_video
Bir ədəd PUA bu gün səhər İranın Muğan bölgəsinin Parsabad sərhəd rayonunun «Yuxarı Uzuntəpə» kəndinin əkin sahələrinə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2020 11:56 Asia/Baku
  • Parsabada bir PUA düşüb + video

Bir ədəd PUA bu gün səhər İranın Muğan bölgəsinin Parsabad sərhəd rayonunun «Yuxarı Uzuntəpə» kəndinin əkin sahələrinə düşüb.

SəhərAzəri xəbər verir, ISNA ilə müsahibədə bu xəbəri verən Ərdəbil valisinin siyasi müavini sonra deyibdir ki, hərbi qüvvələr hadisənin detalları barədə araşdırma aparırlar və lazım gələrsə, xalqa məlumat veriləcək.

Behruz Nedayinin sözlərinə görə, bu pilotsuz üçan aparatın hansı ölkəyə mənsub olduğu məlum deyil, lakin iki qonşu ölkə bölgədə savaş apardığına görə, bu kimi hadisələrin baş verməsi təbii haldır.

O, sonra söyləyib: Bu süqut heç bir maliyyə və insan xəsarəti törətməyibdir.

Ermənistan və Azərbaycan Respublikasının qüvvələri arasında Araz çayının o tayında, sıfır sərhəd nöqtəsində gedən döyüşlər təqribən iki həftə bundan öncədən cərəyan edir.