Okt 14, 2020 17:44 Asia/Baku

İranin Azərbaycandaki səfirliyi bildirib: " İran İslam Respublikasının Azərbaycan Respublikası-Ermənistan münaqişəsi ilə bağlı mövqeyi barədəki son şayiələr ağ yalandır və əsassızdır".

SəhərAzəri xəbər verir, İranın Bakıdakı səfirliyi bəzi medialarda qərəzli məlumatların yayılmasına reaksiyada vurğulayıbdır ki, bədxahlar və düşmənlər iki dost və qardaş ölkənin münasibətlərinə xələl gətirmək istqamətində səy göstərirlər.

Bu məlumatda deyilir: Ötən günlər ərzində İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri tərəfindən açıq mövqelərin elan olunmasına rəğmən, İran və Azərbaycan Respublikasının düşmənləri və bədxahları daima iki ölkənin səmimi əlaqələrinə xələl gətirmək istqamətindəki öz nəhs məqsədlərinə çatmaq ardıncadırlar.

Məlumatda sonra deyilir: İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi elan edir: İran İslam Respublikasının Azərbaycan Respublikası-Ermənistan münaqişəsi ilə bağlı mövqeyi barədəki son şayiələr ağ yalandır və əsassızdır.

İran səfirliyinin məlumatında daha sonra deyilir: İran və Azərbaycan Respublikası xalqlarının düşmənləri və bədxahları nəhs media təbliğatlarını işə salmaqla ümumi fikri aldatmaq və həqiqətləri danmağa çalışırlar.

İran İslam Respublikası səfirliyi sonda saxta və əsassız xəbərləri təkzib edərək, bu alçaqcasına şayiələrin yayılmasını kəskin tərzdə pisləyir və vurğulayır ki, İran və Azərbaycan Respublikası dost və qardaşdırlar və əbədiyyətədək bu dostluq və qardaşlıq davam edəcək və heç kəs ona xələl gətirə bilməz.

Teqlər