Okt 14, 2020 23:09 Asia/Baku
  • Zərif: İran xalqı üçün dərman və ərzaqın satın alınmasının əngəllənməsi bəşəriyyətə qarşı cinayətdir

Məhəmməd Cavad Zərif yapon həmkarı ilə telefon danışığında beynəlxalq məslələr, bölgə və ikitərəfli münasibətləri müzakirə edib.

SəhərAzəri xəbər verir, bu sözləri söyləyən İranın xarici işlər naziri həmçinin ABŞ-ın İranın digər ölkələrdəki öz valyuta ehtiyatlarından istifadə etməsi sahəsindəki qanunsuz məhdudiyyətlərini kəskin tərzdə pisləyibdir.

Məhəmməd Cavad Zərif öz yaponiyalı həmkarı ilə telefon danışığında vurğulayıb: Yaponiya hökumətindən gözləyirik ki, 2231 saylı qətnamə daxil olmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməklə Amerikanın qanunsuz hərəkətlərinə mane olsun.

Zərif habelə koronavirusla mübarizə sahəsində İrana verdiyi dəstəklərə görə, rəsmi Tokioya təşəkkür və ümidvarlıq edibdir ki, ikitərəfli münasibətlərdə iki ölkə əməkdaşlıqları genişlənəcəkdir.

Yaponiyanın xarici işlər naziri də bu telefon söhbətində koronavirusla mübarizə sahəsində əməkdaşlıqların gücləndirilməsi və İranın maliyyə mənbələrindən istifadə ilə tibb avadanlıqlarının göndərilməsinə təkid edibdir.

Tosimitsu Motegi bildiribdir ki, Yaponiyanın Yaxın Şərqdə stabilliyin yaradılması üzrə səy istiqamətindəki mövqeyi dəyişməyibdir. Motegi vurğulayıbdır ki, Tokio daima nüvə anlaşmasına dəstək verib və verəcəkdir d

Teqlər