Okt 17, 2020 08:33 Asia/Baku
  • Səkkizinci günəşin matəmində göz yaşları axıdılır

Həzrət Saminül-Höcəc Əli ibn Musa Əl-Raza(Ə)-ın şəhadətinin ildönümü günündə müqəddəs Məşhəd şəhəri imamət və vilayət səmasının səkkizinci günəşinin qürubunda bütövlükdə matəm və kədər içindədir.

SəhərAzəri xəbər verir, Səkkizinci İmamın şəhadəti gecəsində mütəhhər Rəzəvi hərəminə doğru gedən bütün keçidlər və yollar qara parçalarla örtülüb və zəvvarlar əzadarlıq edirlər.

Baxmayaraq ki, koronavirusla əlaqədar məhdudiyyətlər və  Məşhəd şəhərinə səyahətə tətbiq edilən gediş-gəliş qadağaları bu il daha az sayda zəvvarın bu şəhərə gəlməsinə səbəb olub, Lakin səkkizinci İmamın şəhadəti gecəsinin əzadarlıq mərasimi nurlu Rəzəvi hərəmin xüddamlarının iştirakı və bütün səhiyyə protokollarına tam riayət edilərək, o əzəmətli İmamın  səhni və bargahında keçirilməkdədir. 

Zəvvarları və mücavirləri uzun müddərdir yas saxlayıblar; onlar bu il o, həzrətin şəhadəti gününü gözləməyiblər, aylardır ki, o, həzrəti döyünca ziyarət edə bilməyiblər.

Dünən də Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadəti gününün əzadarlıq mərasimi bütün səhiyyə protokollarına riayət edilərək, Həzrət Əli ibn Musa Əl-Raza(Ə)-ın mütəhhər hərəmində keçirilib.

Teqlər