İnqilab Rəhbəri İranın nizam-intizam qüvvələrinin səylərinə görə təşəkkür ediblər
https://azeri.sahartv.ir/news/İran-i368680-İnqilab_rəhbəri_İranın_nizam_intizam_qüvvələrinin_səylərinə_görə_təşəkkür_ediblər
İnqilab Rəhbəri İranın nizam-intizam qüvvələri işçilərinin səylərinə görə təşəkkür ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2020 04:04 Asia/Baku
  • İnqilab Rəhbəri İranın nizam-intizam qüvvələrinin səylərinə görə təşəkkür ediblər

İnqilab Rəhbəri İranın nizam-intizam qüvvələri işçilərinin səylərinə görə təşəkkür ediblər.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İranda nizam-intizam qüvvələri həftəsi münasibətilə verdikləri müraciətdə bu qüvvələrin işçilərinin zəhmətləri və səylərini yüksək qiymətləndiriblər.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü İranın nizam-intizam qüvvələrinin komandanı briqada generalı pasdar Hüseyn Əştəriyə ünvanladıqları müraciətdə belə qeyd ediblər: Mənim salamımı nizam-intizam qüvvələrinin bütün işçiləri və xidmətçilərinə çatdırın.

Həzrət Ayətullahuluzma Xamenei sonra vurğulayıblar: Bizim əziz xalqımız özünə və ölkəyə xidmət göstərənlərin ardı-arası kəsilməyən səyləri və zəhmətlərinə görə minnətdardır və bu gün qüdrət və mehribanlığı birgə şəkildə İran İslam Respublikasının nizam-intizam qüvvələrində hiss edir və bu qüvvələrin çirkin hərəkətlərlə mübarizə sahəsindəki təşəbbüslərini alqışlayır.

İranda nizam-intizam qüvvələri həftəsi oktyabrın on səkkizindən «Hamı təhlükəsizlik və sağlamlıq uğrunda!» şüarı ilə başlanıb.