İranın millət vəkilləri Makronun anti-islam siyasətlərini qınayıblar
İran İslam Şurası Məclisinin millət vəkilləri bir bəyanat yayaraq, Fransa prezidentinin İslam peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyini qınayıblar.
SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin deputatları bu gün bir bəyanatda küfr başçılarının İslamın yol göstərən mesajı ilə düşmənçiliyinə toxunaraq, deyiblər: "Son günlər bütün dünya, Fransa hökumətinin, bu ölkə nəşrlərindən birinin İslamın əziz peyğəmbərinə (s.ə.s) qarşı həyasızcasına hörmətsiz edərək, qeyri-insani hərəkətini dəstəkləməklə öz şər və əhrimən mahiyyətini necə sübut etdiyinin şahidi oldu".
"Bu hörmətsizlik və həyasızlıq Fransa hökumətini dəhşətə gətirən və bu cinayəti törətməyə vadar edən bu ölkə xalqının sürətlə İslama yönəlməsinin qarşısını almaq üçün hazırlanan böyük bir planın tərkib hissəsidir", - deyə bəyanatda əlavə olunub.
İran İslam Şurası Məclisinin deputatları ifadə azadlığı bəhanəsi ilə törədilən belə bir hərəkətləri azadlığa qarşı böyük bir zülm kimi dəyərləndirib və xatırladıblar: "Dünya müsəlmanları bir olaraq, qlobal küfr cərəyanı qarşısında dayanacaq və İslamın xilaskar mesajını bütün dünyada səsləndirərəcəklər".
Bu yaxınlarda fransız nəşri "Şarli Ebdo" İslam peyğəmbərinə qarşı təhqiramiz təsvirləri bir daha nəşr edib.
Fransa Prezidenti Emmanuel MaKron da diplomatiya normalarına və demokratiya prinsiplərinə zidd olan bir açıqlamada, Fransanın İslam Peyğəmbərinə (s) qarşı təhqiramiz karikaturaları yayımlamağa davam edəcəyini söyləyib.