Okt 26, 2020 13:44 Asia/Baku
  • Velayəti, Peyğəmbər (s)-in təhqir edilməsini qınadı

Ümumdünya İslami Oyanış Məclisinin Baş katibi, Həzrət Peyğəmbərin (s) təhqirindən sonra bu hərəkəti qınayan bir açıqlama verib.

SəhərAzəri xəbər verir, Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi Dr. Velayəti bu mesajda deyib: “İnsanlar arasında mərhəmət və xeyirxahlığı çatdıran və özü ilə ən yüksək və ən gözəl mövzuları daşıyan Vəhy mesajının Həzrət Peyğəmbərə (s)-ə çatdırılmasından 1400 il keçib.
Besət tarixdə dünyanın cahiliyyət və barbarlıqla üst-üstə düşdüyü bir dövrdə baş verdi, və indi isə, 21-ci əsrin əvvəllərində dünya Besət dövrünün cəhalətinin yerini almış müasir cəhalətə şahiddir”.
Velayəti bu açıqlamada vurğulayib ki, bu risalət, İslamın çağırışının ilk günlərindən bəri qızıl, güc və ikiüzlülük sahiblərinin maddi və dünya mənafelərini ədalət, mənəviyyat və azadlıq kimi ideallar qarşısında təhlükədə olmaği üçün, onlar tərəfindən düşmənçiliklə üzləşib. 
Velayəti bəyanatda geyd edib: “İfratçılıq və Həzrət Peyğəmbərə (s) küfr etmək, beynəlxalq sionizm və qlobal təkəbbür tərəfindən İslama qarşı istifadə edilən eyni sikkənin iki tərəfidir.
Ekstremizmdə insan bədəni, təhqirdə isə bəşəriyyətin ruhu və ağlı hədəf alınır. İnsan haqlarının saxta iddiaçıları “ifadə azadlığı” bəhanəsi ilə ən təhqiramiz hərəkətləri, cinayətləri və pislikləri edərək, ən kiçik bir müxalifət və tənqid qarşısında ən ağır cəzalar və qarşılaşmalar tətbiq edirlər və eyni zamanda, özlərini ifadə azadlığı və insan haqları iddiaçıları adlandırırlar.
Ümumdünya İslami Oyanış Məclisi, əvvəllər də bildirildiyi kimi, bu böyük cinayəti və təhqiri qınayarkən, bütün müsəlmanları ayıq və şüurlu olaraq bu anti-İslam sui-qəsdlərini planlaşdıranların qarşısını almağa çağırır”.

Teqlər