Okt 27, 2020 18:37 Asia/Baku
  • Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili çağırıldı

Dünən, Fransanın Tehrandakı Səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo, Fransa səfirinin yoxluğunda Xarici İşlər Nazirliyinə çağrılıb.

SəhərAzəri xəbər verir, Əziz İslam Peyğəmbəri (s) haqqında təhqiramiz çizgilərin yayımlanması barədə Fransa rəhbərliyinin dəstəyinə etiraz olaraq, Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Floran İdalo, Xarici İşlər Nazirliyinə çağrılıb. 
Bu görüş zamanı Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə baş direktorunun müavini, Fransa rəhbərliyinin qəbuledilməz hərəkətlərini qınayaraq vurğulayıb: Hər hansı bir şəxs tərəfindən və hər hansı bir mövqedə olan İslam Peyğəmbərinə (s) və İslamın saf dəyərlərinə qarşı hər hansı bir təhqir və hörmətsizlik şiddətlə qınanılır və rədd edilir. İfadə azadlığı adına islamofobiyanı qızışdırmaq və islama garşı nifrət yaymaq çox təəssüf doğurur. 
İdallo, İran İslam Respublikasının Fransa hökumətinin hərəkətlərinə qarşı etirazını ən qısa zamanda ölkəsinin rəsmilərinə əks etdirəcəyinə söz verib.

Teqlər