Okt 28, 2020 12:04 Asia/Baku
  • İran Yəmənin idman nazirinə qarşı sui-qəsdi qınayıb

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Yəmənin Milli Qurtuluş hökumətinin idman və gənclər nazirinin terror edilməsini qınayıb.

SəhərAzəri xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün (28 oktyabrın) bir müraciətdə, Yəmənin Milli Qurtuluş hökumətinin İdman və gənclər naziri və Əl-Haqq partiyasının baş katibi "Həsən Məhəmməd Zeyd"ə qarşı sui-qəsdi qınayaraq, bu ölkənin xalqı və dövləti, həmçinin mərhumun ailəsinə başsağlığı verərək, onların kədərini bölüşüb və vurğulayıb: "Şübhəsiz ki, bu qorxaq sui-qəsd, Yəmənə qarşı təcavüzkarların digər cinayətləri kimi, onların yalnız bu ölkənin dözümlü və qərarlı xalqı qarşısında acizliyi və fiaskoya uğradığının göstəricisidir".

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi xatırladıb: "Bu terror aktı nəinki Yəmən xalqının iradəsi və ruhiyyəsinə xələl gətirməyəcək, həmdə bu şücaətli xalqın haqq olduğunu daha çox göstərəcək".

 Yəmənin idman və gənclər naziri Həsən Zeyd dünən səhər saatlarında naməlum şəxslər tərəfindən hədəfə alınaraq, qətlə yetirilib.

Yerli mənbələr bu sui-qəsdin detalları barədə bildiriblər ki, motosikletə minmiş bir silahlı şəxs Sənanın cənubunda yerləşən "Huddə" bölgəsində Həsən Zeydin avtomobilinə doğru atəş açıb.

Məlumata əsasən, Yəmənin idman və gənclər naziri Həsən Zeyd atəş açma nəticəsində yaralanıb və Səna xəstəxanalarının birinə aparələb, Lakin önun həyatını xilas etmək mümkün olmayıb.

Teqlər