Qərblilər müsəlmanların daxili işlərinə qarışmaqdan əl çəksinlər
İran prezidenti deyib: Qərb, Avropa və Fransa əgər doğrudan da dünyada sülh, qardaşlıq, səfa və təhlükəsizliyin hökm sürməsinin ardıncadırlarsa, onda müsəlmanların daxili işlərinə qarışmaqdan əl çəkməlidirlər.
SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında vurğulayıb ki, bir peyğəmbərə hörmətsizlik nəinki hünər deyil, əksinə milyardlarla müsəlman və qeyri-müsəlmanın emosiyasını təhrik və zorakılığa təşviq etmək və etikaya zidd bir hərəkətdir.
Ruhani bu yolda səhv etmiş kəslərdən istəyibdir ki, tez bir zamanda səhvlərini düzəltsinlər və ədalət, əxlaq və bütün səmavi dinlərin əqidələrinə hörmət yoluna qayıtsınlar.
Böyük İslam Peyğəmbəri(s.ə.s)-i bəşəriyyətin müəllimi və bütün dünya xalqları üçün rəhmət adlandıran Ruhani deyib: Mədəniyyət və demokratiya iddasında olan kəslərin, hərçənd istəyərəkdən olmayan bir tərzdə, başqalarını zorakılığa və qan axıdılmasına təşviq etmələri təəccüb doğurur.
İran İslam Respublikasının prezidenti söyləyib: İslam Peyğəmbərinin avropalıların hər birinin, həmçinin Şərq və Qərbdə yaşayan bütün kəslərin boynunda haqqı var. O həzrət bəşəriyyətin müəllimi olub və təəccüblüdür ki, azadlıq, hüquq və qanun iddiasında olan ölkələr xalqları bir-birilərini təhqir və xalqların bütün varlıqları ilə məhəbbət bəslədikləri şəxslərə qarşı hörmətsizlik etməyə təşviq edirlər.
İslam Dünyasının bəzi qərbli məsul şəxslərin nalayiq sözlərinə vaxtında və qətiyyətli cavab verməsindən razılıq edən İran prezidenti deyib: Bu olduqca vaxtlı və qətiyyətli reaksiya göstərir ki, İslam Dünyası daima özünün böyük yol göstəricisinin, Böyük İslam Peyğəmbərinin yolunu gedəcəkdir.