İran raketlərindən istifadə ilə şərti düşmənin həyati hədəfləri məhv edilib
İranın mərkəzində keçirilən 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrində F-5 və "Saiqə" qırıcı təyyarələri yerli raketlərdən istifadə edərək, şərti düşmənin vacib və həyati hədəflərini məhv ediblər.
SəhərAzəri xəbər verir, 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin əsas etapı və əməliyyat mərhələsi bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətində "Ya Sadiqi Ali Məhəmməd" şüarı ilə başlanıb.
9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü briqada generalı Əmir Fərhad Gudərzi şərti düşmənin mövqelərinin F-5 və Saiqə qırıcıları vasitəsilə məhv edilməsinə toxunaraq, deyib: " İran istehsalı olan ağıllı bombalar, ballistik raketlər, uzun mənzilli statik raketlər və yer-hava raketləri ilə təchiz edilmiş F-7 qırıcıları vasitəsilə innovativ və yaradıcı texnikalardan istifadə edərək, şərti düşmənin həyati hədəfləri gənc pilotlar tərəfindən məhv edilib".
9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü vurğulayıb: "Vilayət Həriminin Müdafiəçiləri" manevri region ölkələri üçün əmin-amanlıq, dostluq, sabitlik və davamlı sülh mesaji, İran xalqı üçün arxayınlıq və təskinlik mesajı və düşmənlər üçün səhv hesablamaları və səhv edəcəkləri təqdirdə müdafiəyə və qətiyyətli cavab verməyə hazır olmaq mesajını daşıyır.