Noy 02, 2020 21:52 Asia/Baku
  • Ruhani İslam Peyğəmbərinin (s) viladətinin ildönümü münasibətilə İslam ölkələri başçılarını təbrik edib

İran İslam Respublikası prezidenti sülh, dostluq və paklıq örnəyi olan sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s.ə.s) səadətli viladətinin ildönümü münasibətilə İslam ölkələri başçılarını təbrik edib.

SəhərAzəri xəbər verir, sabah çərşənbə axşamı 1442-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 17-i, 2020-ci milad ili noyabrın 3-ü əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) səadətli viladətlərinin ildönümünə günüdür.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün islam ölkələrinin başçılarına ayrı-ayrı müraciətlərdə, əziz İslam Peyğəmbərinin (s) həyatının hər zaman qaranlıqda insan yolunun işıqlandırıcısı olduğunu və bəşəriyyətin ülvi və nurlu üfüqlərə doğru bələdçisi olduğunu vurğulayıb.

"Rəsuli-Əkrəmin (s.ə.s) yolunu davam etdirmək və onun səmavi möcüzəsi Qurandan faydalanmaq, dünyadakı hər cür problem, fikir ayrılıqlar və bədbəxtlik qarşısında insanlara yol göstərə bilər", - deyə Ruhani əlavə edib.

İran Prezidentinin İslam ölkələri başçılarına təbrik müraciətində deyilir: İslamın əziz peyğəmbəri aləmlər üçün mərhəmət və əxlaq nümunəsidir və belə bir böyük şəxsiyyətə hörmətsizlik dəyərlərə, əxlaqa və azadlığa hörmətsizlikdir və hörmətsizlik edənləri dəstəkləmək alçaqlıq, murdarlıq və ifratçılığı dəstəkləməkdir.

Ruhani, İran İslam Respublikasının belə bir əməli qətiyyətlə qınadığını vurğulayaraq, qeyd edib ki, İslam ölkələrindən də bu cür məntiqsiz hərəkətləri qınamağı gözləyir.

İran prezidenti, həmçinin koronavirusun bütün dünyaya yaşatdığı çətin günlərin qarşılıqlı yardımla tezliklə arxada qalacağına və İslam ölkələri başda olmaqla bütün bəşəriyyətin həyatına sağlamlıq və firavanlığın qayıdacağına ümidvar olduğunu bildirib.

Teqlər