Noy 04, 2020 08:34 Asia/Baku
  • 12 iranlı qrup COVID-19 vaksini düzəltməyə çalışır

İran səhiyyə nazirinin müavini bildirib ki, on iki iranlı qrupun koronavirus vaksini düzəltmək və istehsal etmək üzrə səyi davam edir.

SəhərAzəri xəbər verir, İrəc Hərirçi deyib: İranda on iki qrup COVID-19 vaksini düzəltməyə çalışır. Onlardan üçü heyvan üzərində sınaq mərhələsini də arxada qoyubdur.

Hərirçi sonra deyib: Hal-hazırda İranda gündə 25 min koronavirus testi həyata keçirilir ki, proqnozlara əsasən, bu rəqəm gündə yüz min testə çatacaqdır.

İndiyədək İranda 637 min 712 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 36 min 160 nəfər həyatını itiribdir.

Həmçinin indiyədək İranda koronavirus xəstələrindən 495 min 473 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da təqribən 47 milyon nəfərə çatıbdır ki, bu miqdardan azı bir milyon 212 min nəfər vəfat edib, 34 milyon nəfərdən çox xəstə isə sağalıbdır.

Teqlər