General Soleymaninin terroru amilləri Kabildən Vyanayadək mövcud olan əmin-amansızlıqlarda məsuliyyət daşıyırlar
General Soleymaninin terroru amilləri Kabildən Vyanayadək mövcud olan əmin-amansızlıqlarda məsuliyyət daşıyırlar.
SəhərAzəri xəbər verir, İranın Bakıdakı səfiri Kabildən Vyanayadək mövcud olan əmin-amansızlıqlarda, şücaətlə İŞİD terrorçuları ilə vuruşan şəxsin namərdcəsinə terror edilməsinə göstəriş verənlər və onu yerinə yetirənlərin cavabdeh olduqlarını bildirib.
Seyyed Əbbas Mousəvi öz tvitter hesabında Kabil terror hadisəsində ölənlərdən bir foto yayaraq yazıbdır ki, İŞİD terrorizmi Kabildən Vyanayadək cövlan etməkdədir.
Mousəvi sonra bildirib: Dünya, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı şəhid general-leytenant pasdar Qasem Soleymani olmadan əmin-aman olmayacaq və bu əmin-amansızlıq üzrə məsuliyyət, şücaətlə İŞİD terrorçuları ilə vuruşan, regiona və hətta Avropa və Amerikaya təhlükəsizlik gətirən şəxsin namərdcəsinə terror edilməsinə göstəriş verənlər və onu yerinə yetirənlərin üzərinə düşür.
Çərşənbə axşamı günü üç silahlı şəxs Kabil universitetinə soxularaq, bomba partlatdıqdan sonra bir qrup tələbəni atəşə tutdu. Bu terror hücumunda 22 tələbə öldü, qırxdan çox insan da yaralandı.
Bazar ertəsi günü gecə də üç silahlı şəxsin Avstriyanın paytaxtı Vyanadakı altı məkana qarşı hücumunda azı beş nəfər öldü, 23 nəfər də yaralandı.