İİR ordusunun zirehli bölmələri ölkənin şimal-qərb sərhəd zolağında yerləşiblər
İran İslam Respublikası Ordusunun zirehli bölmələri ölkənin şimal-qərb sərhəd zolağında yerləşiblər.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının şimal-qərb bölgəsi qərargahının komandanı bu qərargahın zirehli bölmələrinin ölkənin Azərbaycan Respublikası və Ermənistanla sərhəd zolağında yerləşmələrindən xəbər verib.
Briqada generalı Əli Hacılı bu gün vurğulayıb ki, ordu/ düşmənlərin hər hansı təcavüzü qarşısında ölkə sərhədlərini müdafiə edəcək. O, qeyd edib ki, İranın sərhəd bölgələri sakinlərinin gündəlik həyat asayişi və təhlükəsizliyi mütləq şəkildə İran İslam Respublikası Ordusunun prioritetlərindəndir.
General Hacılı sonra deyib: Azərbaycan Respublikası ilə Ermənistan arasındakı son gərginliklərə əsasən, İran İslam Respublikası Ordusunun Quru Qoşunları ölkənin şimalj-qərb bölgəsində ehtimal olunan hər hansı təhdid və əmin-amansızlığın qarşısını almaq tapşırığına malikdirlər.
İranın Şərqi Azərbaycan vilayətinin Xodafərin rayonunda 135 kilometr uzunluğunda olan sərhəd bölgələri Azərbaycan Respublikası və Ermənistan hərbçiləri arasında gedən Qarabağ savaşı xətlərinin qonşuluğunda yerləşirlər.
Qarabağ münaqişəsinin yeni dövrünün əvvəlindən bəri döyüşən tərəflərin onlarla raket və mərmisi Xodafərin rayonunda İran ərazisinə düşübdür.