Ayətullah Əxtəri:
“Makron müsəlmanlardan üzr istəməlidir”
Aşura Beynəlxalq Fondunun sədri Ayətullah Əxtəri deyib: "İslam ölkələri Həzrət Peyğəmbərin(s) müdafiəsi üçün beynəlxalq məhkəmələrdə Makrona qarşı iş qaldırmalıdır".
SəhərAzəri xəbər verir, "Həzrət Məhəmmədə (s) diqqət mərkəzində olmaqla İlahi dinlərin müqəddəslərinə hörmət etmə ehtiyacı" adlı bir videokonfrans, İran İslam Respublikası səfirliyinin və Moskva İslam Mərkəzinin təşəbbüsü ilə və bir qrup İranlı, Rusiyalı siyasi mütəfəkkir və şəxsiyyətlərin iştirakı ilə keçirilib.
Rusiyanın Asiya Hissəsinin Ruhanilər şöbəsinin müdiri Nafiqullah Aşirov, Volqoqradın Baş Müftisi Kifah Bata, Moskvanın müftisi müqədəs bibarisof, Kövsər İnstitutunun sədri və Mərkəzi Müftilik Aparatının rəhbəri Anar Ramazanov, Moskva İslam Universitetinin keçmiş prezidenti Dəmir Xayruddinov və Yeni Gorskun Müftisi Məhəmməd Rəhimov videokonfransda Rusiya Federasiyasının nümayəndələri olaraq çıxış ediblər.
İranın Məqsədəuyğunluq Şurasının üzvü və Əhli-Beyt(ə) Ümümdünya Assambleyasının sədri Ayətullah Müctəhid Şəbestəri, Aşura Beynəlxalq Fondunun sədri Ayətullah Əxtəri, İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali, Moskva İslam Mərkəzinin rəhbəri Hüccətul İslam Əkbəri Ceddi və İran İslam Respublikasının Moskvadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Qəhrəman Soleymani də İran İslam Respublikasının nümayəndələri olaraq danışıblar.
İştirakçılar İslamı barış, mərhəmət, və düşüncə dini olduğunu vurğulayaraq, qeyd ediblər: "Günahsız insanları terror və cinayətlə öldürənlər müsəlman deyil. Terrorist qruplar, Qərb və ABŞ tərəfindən yaradılmışdır; ABŞ rəsmilərinə görə, özləri bu terror qruplarını yaradıblar və dəstəkləyirlər".
Videokonfransda iştirak edənlər vurğulayiblar, söz və fikir azadlığı heç də müqəddəs insanları təhqir etmək demək deyil. Bu məfhumlardan sui-istifadə edilir və nəticələri göz qabağındadır.
Konfrans iştirakçıları birgə bəyanat qəbul edərək Avropada islamofobiyanın yayılmasına son qoyulmasını tələb ediblər, və Ayətullah Əxtəri Fransız mallarını boykot edilməsinin lazım olduğunu da vurğulayıb.