Zərif: "Tramp getdi; Biz və qonşularımız qaldıq"
https://azeri.sahartv.ir/news/İran-i369369-zərif_tramp_getdi_biz_və_qonşularımız_qaldıq
İran İslam Respublikasının xarici işlər naziri dünən gecə öz Twitter səhifəsində İranın birgə maraqların reallaşması istiqamətində region ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2020 04:10 Asia/Baku
  • Zərif:

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə öz Twitter səhifəsində İranın birgə maraqların reallaşması istiqamətində region ölkələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif "Twitter"də hamını dialoqa çağıraraq, ərəbcə yazıb: "Dialoq, fikir ayrılıqları və gərginliyə son qoymağın yeganə yoludur".

Zərif, həmçinin Donald Trampın ABŞ prezident seçkilərində məğlub olmasına toxunaraq, qeyd edib ki, Tramp getdi; Biz və qonşularımız qaldıq.

İranın xarici işlər naziri daha sonra əcnəbilərə güvənməyin təhlükəsizlik gətirmədiyini, Lakin ümidləri məhv etdiyini vurğulayıb.