İranın Bakıdakı səfiri deyib;
İşğal və separatizm İran üçün qırmızı xəttdir
Seyyid Abbas Musəvi Azərbaycan Respublikasının bayraq günü münasibətilə Şəhidlər Xiyabanında olaraq deyib: İran İslam Respublikası üçün işğal və separatizm qırmızı bir xəttdir və bunu daim vurğulayır.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi bu mərasimdə iştirak edən jurnalistlər ilə müsahibəsində, İran İslam Respublikasının yüksək səviyyədə həm fəaliyyətdə və həm də deklarativ olaraq Azərbaycan Respublikası hökuməti və xalqının yanında olacağını və dəstəyinə davam edəcəyini bildirərək, əlavə edib: Ümid edirəm bütün işğal olunmuş ərazilərin azad edilməsi ilə birlikdə ərazi bütövlüyü təmin edilmiş böyük bir Azərbaycan görəcəyik və İran İslam Respublikası ilə Azərbaycan Respublikası ölkələri də sülh və dostluqla iş birliyinin zirvəsində birlikdə olacaq.
Ölkəmizin səfiri deyib: Biz inanırıq ki, Dağlıq Qarabağdakı bütün işğal olunmuş ərazilər, ali məqamlı rəhbərimizin dediyi kimi, Azərbaycan Respublikasına qaytarılmalıdır; Əlbətdə ki, bu torpaqların sülh və dialoqla qayıtması daha yaxşıdır.
Qeyd edək ki, Ermənistan və Azərbaycan qüvvələri arasında hərbi toqquşmalar 27 sentyabrda mübahisəli Dağlıq Qarabağ bölgəsində başlayıb və beynəlxalq vasitəçilərin köməyi ilə üç atəşkəs razılaşmasına baxmayaraq, münaqişə davam edir.
Azərbaycan Respublikası bildirib ki, Qarşıdurmalar zamanı Dağlıq Qarabağdakı 200-dən çox yaşayış məntəqəsi erməni işğalından azad edilib.