Noy 10, 2020 12:37 Asia/Baku
  • Tehranın mərkəzində dünyanın ən kiçik qəhvəxanası

Mili qeydiyyatdan da keçmiş Hac Əli Dərvişin iki kvadratmetrlik qəhvəxanası Tehran bazarının mərkəzində yerləşir.

SəhərAzəri xəbər verir, Bu qəhvəxananın tirmə, rəngli şüşələr və ağacişləmə ilə dizayn edilməsi hər görəni heyrətləndirir.

Hac Əli Məhbutiyan tərəfindən təsis edilmiş bu kiçik və sakit məkanı, oğlu Hac Kazem indiyədək qoruyub saxlayıbdır.

Dünyanın ən kiçik qəhvəxanası sayılan bu məkan turizm cazibəsinə çevrilibdir. Tehran bazarına yolu düşən çox sayda xarici turist ona baş çəkir.

Bu qəhvəxanada çay içən hər bir kəs Hac Kazemdən əksər hallarda üzərlərində «Ya, Əli!» və «Eşq» yazılmış kiçik bir sədəf hədiyyə alır.

Teqlər