Noy 10, 2020 18:47 Asia/Baku
  • İran Qarabağ münaqişəsi haqda Bakı-İrəvan-Moskva razılaşmasını alqışlayıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda Azərbaycan Respublikası, Ermənistan və Rusiyanın Qarabağ münaqişəsi barədəki razılaşmasını alqışlayıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi barədəki yeni razılaşma ilə əlaqədar verdiyi bəyanatda deyib: "İran İslam Respublikası düşmənçiliklərin dayandırılması və atəşkəslə nəticələnən Azərbaycan Respublikası, Ermənistan və Rusiya arasındakı razılaşmanı alqışlayır və ümid edir ki, prinsipləri İran İslam Respublikasının təklif etdiyi planda da gəlmiş bu razılaşma Qafqaz bölgəsində davamlı sülhün yerləşməsi üzrə yekun tərtibatla nəticələnəcək".

Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayib: "İran İslam Respublikası bütün xarci döyüşçülər və təkfirçi qüvvələrin bölgədən çıxarılması, azlıqların hüquqlarına və təhlükəsizliyə hörmət, didərginlərin qayıdışı, işğal olunmuş ərazilərin azad edilməsi, rəsmi beynəlxalq sərhədlərdə dəyişməzlik, suverenlik və ərazi bütövlüyünə ehtiram vacibliyini vurğulayır və bir daha regional təşəbbüslərdə iştirak və regionda davamlı sülh və təhlükəsizliyin reallaşmasına köməyə öz hazırlığını elan edir".

Bəyanatda əlavə edilib: İran İslam Respublikası həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin təmas xətləri boyunca yerləşmələrinə kömək etməyə öz hazırlığını elan edir.

Teqlər