İranın cəbun-şərq sərhədlərində 4 tondan çox narkotik maddə aşkarlanıb
İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı İranın cənub-şərqində yerləşən Sistan və bəluçistan vilyəti sərhədlərində 4 tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.
SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı general-mayor Əhməd Əli Qudərzi Sistan və Bəluçistan vilyətinin sərhədçiləri tərəfindən Səravan sərhəd bölgəsində narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan böyük bir dəstənin yaxalanmasına toxunaraq, deyib: "Geniş kəşfiyyat tədbirləri həyata keçirməklə qaçaqmalçıların marşrutları və narkotik maddələrin İranın dərinliyinə daşınması üçün planlaşdırılan vaxt müəyyən edildi".
General-mayor Qudərzi narkotik qaçaqmalçıların bu partiyanı İrana gətirərkən, yaxalandığını bəyan edərək, əlavə edib: "Qaçaqmalçılar özlərini İran sərhədçilərinin pusqusu və mühasirəsində gördükdə zabitlərə doğru atəş açmağa başladılar və sərhədçilərin müvafiq əməliyyat taktikaları nəticəsində narkotik partiyasını qoyayub, hadisə yerindən qaçdılar".
İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunlarının komandanı xatırladıb: "Sərhədçilər bölgəni təmizləyərkən narkotik maddə yüklü bir avtomobili saxlayıblar və təxminən dörd ton 30 kiloqram müxtəlif növ narkotik vasitə aşkar ediblər".
İran İslam Respublikası sanksiyalara rəğmən, son bir ildə 1000 tondan çox narkotik maddə aşkar və müsadirə edərək, dünyada narkotik vasitələrin kəşfiyyatı üzrə liderdir.