Noy 12, 2020 19:57 Asia/Baku
  • «Hərəkət əl-Nizal» terror qruplaşmasının başçısı həbs olunub

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi vurğulayıb: 2018-ci il 22 sentyabr terror hücumunun əsas amili olan «Hərəkət əl-Nizal əl-Ərəbi əl-Təhrir əl-Əhvaz» terror qruplaşmasının başçısı Fərəcullah Çəəb İranın cənub-qərbində aşkar olunaraq, həbs edilibdir.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bu gün bir məlumatda bu xəbəri verərək, bildirib: Bu terror qruplaşmasının başçısı son illər Tehran və Xuzistanda bir neçə əməliyyat keçirmək niyyətində olub və son zamanlar yeni bir terror əməliyyatını istiqamətləndirmək üçün tədbir tökərkən İranın təhlükəsizlik qüvvələrinin təhlükəsizlik və kəşfiyyat məlumatları və tədbirləri nəticəsində nakam qaldı.

İranın Təhlükəsizlik Nazirliyi «Hərəkət əl-Nizal» terror qruplaşmasının Ərəbistan və sionist rejimin casusluq xidmətlərinin birbaşa himayələri altında olmasına işarə edərək, vurğulayıb: Bu qruplaşmanın başçıları onlar üçün beynəlxalq hökmün verilməsinə rəğmən, Avropadan İranda terror əməliyyatını idarə edirdilər.

Əl-Əhvaziyyə terrorçuları 2018-ci ilin 22 sentyabrında Əhvazda İran İslam Respublikasının Silahlı Qüvvələrinin parad mərasiminin kənarında paradı müşahidə edən insanlara tərəf atəş açdılar ki, nəticədə 25 nəfər şəhid oldu, 60 nəfərdən çox insan isə yaralandı.

Teqlər