Qalibaf Suriyanın xarici işlər nazirinin vəfat etməsi münasibətilə başsağlığı verib
İran İslam Şurası Məclisinin sədri bir müraciətdə Suriyanın xarici işlər naziri Vəlid Əl-Müəllimin vəfat etməsi münasibəti ilə başsağlığı verib.
SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqi Qalibaf, Suriya parlamentinin sədri Həmudə Əl-Səbbağa bir müraciət ünvanlayaraq, bu ölkə xalqı və parlamentarilərinə başsağlığı verib və xatırladıb ki, mərhum Vəlid Əl-Müəllim sağlığında bölgədə sülhü və sabitliyi möhkəmləndirmək və Suriya xalqının təkfirçi terrorizm və sionist rejimin təhdidləri qarşısında müqavimətini dəstəkləmək üçün çox səy göstərdi.
Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Suriyanın Nazirlər Şurasının sədri Hüseyin Ərnusa ünvanladığı bir müraciətdə Vəlid əl-Müəllimin vəfatı ilə əlaqədar başsağlığı verib.
Suriyanın Xarici İşlər Naziri Vəlid əl-Müəllim bazar ertəsi günü səhər saatlarında 79 yaşında vəfat edib.