Beynəlxalq sistemdə güc mexanizmi keçid dövründədir
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri deyib ki, beynəlxalq sistemdə iqtisadi, mədəni və geopolitik miqyaslarda güc mexanizmi keçid dövründədir.
SəhərAzəri xəbər verir, General-mayor pasdar Seyyed Yəhya Rəhim Səfəvi bu gün İranın şimalında yerləşən Bəndər Ənzəli liman şəhərində keçirilən «Avrasiya İqtisadi Birliyi və azad zonaların regional inkişafdakı rolu» adlı beynəlxalq konfransda sonra belə deyib: Dünyada güc mexanizmi yeni qayda səmtinə doğru hərəkətdədir və Amerikanın öz daxilindən xaricinədək dünya miqyasındakı iqtisadi, siyasi və mədəni tənəzzülü qətidir və daha Amerika dünyada yeganə fövqəlgüc deyildir.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri Amerikanın hegemoniyasının məğlubiyyətinə işarə ilə deyib: İran, Rusiya və Çin kimi müstəqil xalqlar və dövlətlərə qarşı maksimum təzyiqin tətbiq edilməsi istiqamətindəa iqtisadi, siyasi və media vasitələrinin və sanksiyaların təsir gücünün azalması Okeaniyada, Asiya qitəsində və regional miqyasda yeni təhlükəsizlik, mədəni, siyasi və iqtisadi güclərin meydana gəlməsinə səbəb olubdur.