Noy 23, 2020 19:55 Asia/Baku

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri yaxın gələcəkdə tamamilə İran konstruksiyası olan "Dena" adlı esminesin ordunun dəniz donanmasına təhvil veriləcəyindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi Bəsic həftəsinə həsr edilmiş video konfrans formatında keçirilən mərasimdə, İranın müdafiə sahəsində ən sərt və düşməncəsinə sanksiyalarla üzləşdiyini bəyan edərək, deyib: "Həmin dövrdə ən effektiv və səmərəli müdafiə təchizatlarını layihələndirib, istehsal etdik və yaxın gələcəkdə funksiya, təchizat və imkanlar baxımından eyni nəsldən olan esmineslərdən fərqli və tamamilə İran konstruksiyası olan "Dena" adlı esmines İran İslam Respublikası Ordusunun dəniz donanmasına təhvil veriləcək".

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri "Bəsic Həftəsi"ni təbrik edərək, deyib: "İmam Xömeyni (r.ə) Bəsice Müstəzəfin Təşkilatının yaradılmasına fərman verməklə amerikalılar qarşısında böyük bir güc nümayişi tərtib etdi və praktiki olaraq, Amerika təhdidlərini fürsətə çevirdilər, beləliklə də böyük şeytan Amerika İran İslam Respublikasının yumşaq gücünü dərk etdi". 

General-mayor Bəsicin bütün sahələrdə geniş roluna toxunaraq, deyib: "İslam İnqilabının möhtəşəm qələbəsindən 4 dekada keçəndən sonra, Bəsicin pak fidanı gövdəli bir ağaca çevrilib".

Teqlər