İran bölgədə təhlükəsizlik və asayiş istəyir
İranın Bakıdakı səfiri deyib ki, İran bölgədə təhlükəsizlik və asayiş istəyir.
SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi bildirib ki, İran İslam Respublikası və Azərbaycan Respublikası müxtəlif dəlillərə, həmçinin qonşuluq, tarixi və mədəni ortaqlıqlara görə, səmimi əlaqələrə malikdirlər.
O, deyib ki, İran qonşuların və region ölkələrinin sülh, sabitlik, rifah və asayişdə yaşamalarını istəyir.
İranın Bakıdakı səfiri Qarabağ münaqişəsinə və qonşu ölkələrin onun həllindəki roluna işarə ilə deyib: Azərbaycan Respublikası və Ermənistan Rusiyanın köməyi və İran İslam Respublikasının öncədən təqdim etdiyi layihə ilə yaxşı bir anlaşmaya çatdılar və İran da bu prosesi alqışlayır.
Mousəvi bildirib ki, İran hər cür işğalçılıq və separatçılıqla müxalifdir. O, deyib: Biz hər cür zülm ilə müxalifik və bunu Qarabağdakı son münaqişə zamanı elan etdik.