Terror aktı nəcəsində;
Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri şəhid oldu
Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi, Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Dr.Möhsün Fəxrizadənin terror əməliyyatı nəticəsində şəhid olduğunu elan etdi.
SəhərAzəri - İRİB Xəbər Agentliyinin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gün cümə günortadan sonra silahlı terrorçular Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Dr. Möhsün Fəxrizadənin olduğu avtomobilə hücum ediblər.
Terror aktı nəticəsində F.Möhsinzadə şəhid şəhid olub.
Hadisə bir neçə saat əvvəl İranın Dəmavənd məntəqəsində baş verib.
Can güdən və təhlükəsizlik qrupu ilə terrorçular arasında baş verən qarşıdurma zamanı cənab Möhsün Fəxrizadə ağır yaralanaraq xəstəxanaya aparıldı.
Məələsəf, xəstəxanada həkim qrupu onu xilas edə biməyib, və Dr. Möhsün Fəxrizadə bir ömür mübarizə və etiqad yolunda elmi cihaddan sonar Şəhidlik zirvəsinə yüksəlib.
Dr. Möhsün Fəxrizadə dünyanın raket və nüvə texnologiyaları sahəsində ən nüfuzlu alimlərdəndir. Möhsün Fəxrizadə eyni zamanda İran İslam Cümhuriyyətinin ali səviyyəli elm və təhqiqat alimlərindən biri idi. ABŞ xarici siyasətinə dair təhlillərilə seçilən "Foreng Policy" jurnalının reytinqində İranın 5 əsas nüvə alimindən biri olan Dr. Möhsün Fəxrizadəyə həm də BMT tərəfindən sanksiya tətbiq olunmuşdu.
Dr. Möhsün Fəxrizadə yeganə alimdir ki, B.Netanyahu proqramların birində onun adını çəkmişdi. Sionist İsrail mediası bir neçə il bundan qabaq ona qarşı olan terrorlardan birinin zərərsizləşdirilməsi barədə məlumat yaymışdı. Həmçinin işğalçı İsrail mediasının iddiasına əsasən, alimin adı BMT vasitəsilə Mossada ötürülüb. Ehtimal edilir ki, Şəhid Fəxrizadənin mühafizəçiləri də bu hadisədə zərər görüb.
Qeyd edək ki; Bu sui-qəsd əməliyyatı, Dr.Məcid Şəhriarinin şəhadətinin ildönümü gecəsi baş verib. Şəhid Şəhriari, on il əvvəl sionist rejimin agentləri tərəfindən və münafiqlərin iş birliyi ilə şəhid edilən, ölkənin görkəmli nüvə alimlərindən biri idi.